Brend paltarlar geyinmək, mütləq son model telefon işlətmək, yediyin yeməklərin şəkillərini paylaşmaq, lüks maşınlar sürmək, imkan oldu-olmadı ən möhtəşəm toy məclisləri təşkil etmək, bahalı mərmər məzarlar və s. Bütün bunlar sizə tanışdır?

Zəmanəmizin ən yoluxucu xəstəliyidir göstəriş. Bu xəstəlik bəzi insanların beyninə "onda var, məndə niyə yoxdur" düşüncəsini yeridərək onların ruhlarına paxıllıq və acgözlük toxumları səpir.

Apardığım müşahidələrə əsasən, deyə bilərəm ki, ruhu çılpaq olan insanlar nə qədər bahalı paltarlar geyinsələr də, dəblə ayaqlaqlaşsalar da, xeyri yoxdur. Ona görə də ilk növbədə ruhumuzla və gördüyümüz müsbət işlərlə fəxr etməliyik, ruhsuz göstərişlərlə yox!
Creative Concept
Published:

Owner

Creative Concept

Published: